Formula 1: Mayamidə Maks Ferstappen daha sürətli oldu

Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün mövsümün beşinci qran-prisi baş tutub.

Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş Mayami qran-prisi ötən mövsümün qalibi, “Red Bull”un pilotu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 25 yaşlı pilot 57 dövrəlik yarışı 1:27:38.241 göstərici ilə ilk sırada bitirib. Bu, onun cari mövsümdə üçüncü, karyerası ərzində isə 38-ci qələbədir. Ferstappen bu mövsümün Bəhreyn və Avstraliyada təşkil olunmuş qran-prilərin də qalibi olmuşdu.

Ferstappenin komanda yoldaşı Serxio Peres isə Floridadakı yarışda ikinci olub. Üçüncü yeri isə “Aston Martin”dən Fernando Alonso tutub.

Bu mövsüm geridə qalan 5 turdan sonra “Red Bull”un üzvləri Maks Ferstappen 119 xalla birinci, Serxio Peres isə 105 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 75 xala malik Fernando Alonso (“Aston Martin”) qapayır.

Konstruktorların mübarizəsində də “Red Bull” 224 xalla zirvədə qərarlaşıb. “Aston Martin” 102 xalla ikincidir. İlk üçlüyü 96 xalı olan “Mersedes” qapayır.

Formula 1 üzrə dünya çempionatında 2023 mövsümünün növbəti qran-prisi İtaliyada keçiriləcək. Sözügedən yarış mayın 21-də İmola şəhərində baş tutacaq.

Dünya çempionatı, 2023

Pilotların yarışında turnir cədvəli:

1. Maks Ferstappen (Red Bull) – 119

2. Serxio Peres (Red Bull) – 105

3. Fernando Alonso (Aston Martin) – 75

4. Luis Hamilton (Mersedes) – 56

5. Karlos Sayns (Ferrari) – 44

6. Corc Rassell (Mersedes) – 40

7. Şarl Lekler (Ferrari) – 34

8. Lens Stroll (Aston Martin) – 27

9. Lando Norris (Maklaren) – 10

10. Pyer Qasli (Alpine-Reno) – 8

11. Niko Hulkenberq (Haas) – 6

12. Esteban Okon (Alpine-Reno) – 6

13. Valtteri Bottas (Alfa Romeo) – 4

14. Oskar Piastri (Maklaren) – 4

15. Jou Quanyu (Alfa Romeo) – 2

16. Yuki Tsunoda (Alfa Tauri) – 2

17. Kevin Maqnussen (Haas) – 2

18. Aleksander Albon (Uilyams) – 1

19. Loqan Sarcent (Uilyams) – 0

20. Nik De Vris (Alfa Tauri) – 0

Konstruktorların xal sıralaması:

1. Red Bull – 224

2. Aston Martin – 102

3. Mersedes – 96

4. Ferrari – 78

5. Maklaren – 14

6. Alpine-Reno – 14

7. Haas – 8

8. Alfa Romeo – 6

9. Alfa Tauri – 2

10. Uilyams – 1

Xəbəri sosial şəbəkələrdə paylaş: