Formula 1: Oskar Piastri 2-ci zəfərini Bəhreyndə yaşadı

Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 4-cü qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, cari mövsümün 4-cü qran-prisi Saxir səhrasında təşkil olunub.

Bəhreyn qran-prisi “Maklaren”in pilotu Oskar Piastrinin qələbəsiylə yekunlaşıb. Avstraliyalı 23 yaşlı pilot 57 dövrəlik yarışı ilk sırada bitirib. Bu, onun cari mövsümdə 2-ci, karyerası ərzində 4-cü qələbəsidir.

İkinci yeri “Mersedes”in şərəfini qoruyan Corc Rassel tutub. Cari mövsümün ilk qran-prisinin qalibi olmuş “Maklaren”in digər pilotu Lando Norris isə bu dəfə üçüncü yerlə kifayətlənib. Son 4 ilin çempionu Maks Ferstappen (“Red Bull”) isə bu yarışda 6-cı olub.

Geridə qalmış 4 mərhələdən sonra Lando Norris 77 xalla liderdir. Oskar Piastri 74 xalla ikinci pillədə qərarlaşıb. Maks Ferstappen isə 69 xalla üçüncüdür.

Mühəndislər Kubokunda “Maklaren” 151 xalla ilk sırada qərarlaşıb. “Mersedes” 93 xalla ikinci, “Red Bull” 71 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti – 5-ci qran-prisi Səudiyyə Ərəbistanında keçiriləcək. Ciddə şəhərində baş tutacaq bu yarış aprelin 20-də təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2025

Pilotların yarışında turnir cədvəli:

  1. Lando Norris (Maklaren) – 77
  2. Oskar Piastri (Maklaren) – 74
  3. Maks Ferstappen (Red Bull) – 69
  4. Corc Rassell (Mersedes) – 63
  5. Şarl Lekler (Ferrari) – 32
  6. Kimi Antonelli (Mersedes) – 30
  7. Luis Hamilton (Ferrari) – 25
  8. Aleksander Albon (Uilyams) – 18
  9. Esteban Okon (Haas) – 14
  10. Lens Stroll (Aston Martin) – 10
  11. Pyer Qasli (Alpin) – 6
  12. Niko Hulkenberq (Zauber) – 6
  13. Oliver Berman (Haas) – 6
  14. Yuki Tsunoda (Rasinq Bulls) – 5
  15. İsaak Hacar (Rasinq Bulls) – 4
  16. Karlos Sayns (Uilyams) – 1
  17. Fernando Alonso (Aston Martin) – 0
  18. Liam Louson (Red Bull) – 0
  19. Cek Duen (Alpin) – 0
  20. Qabriel Bartoleto (Zauber) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Maklaren – 151
  2. Mersedes – 93
  3. Red Bull – 71
  4. Ferrari – 57
  5. Haas – 20
  6. Uilyams – 19
  7. Aston Martin – 10
  8. Rasinq Bulls – 7
  9. Alpin – 6
  10. Zauber – 6
Xəbəri sosial şəbəkələrdə paylaş: