Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 5-ci qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, cari mövsümün 5-ci yarışı Ciddə şəhərində təşkil olunub.
Səudiyyə Ərəbistanı qran-prisi “Maklaren”in pilotu Oskar Piastrinin qələbəsiylə yekunlaşıb. Avstraliyalı 23 yaşlı pilot 50 dövrəlik yarışı ilk sırada bitirib. Bu, onun ardıcıl 2-ci, cari mövsümdə 3-cü, karyerası ərzində isə 5-ci qələbəsidir.
İkinci yeri son 4 ilin çempionu Maks Ferstappen (“Red Bull”) tutub. İlk üçlüyü “Ferrari”nin şərəfini qoruyan Şarl Lekler qapayıb.
Geridə qalmış 5 mərhələdən sonra Oskar Piastri komanda yoldaşı Lando Norrisi qabaqlayaraq 99 xalla liderliyə yüksəlib. Lando Norris hazırda 89 xalla ikincidir. Maks Ferstappen isə 87 xalla üçüncü pillədə qərarlaşıb.
Mühəndislər Kubokunda “Maklaren” 188 xalla ilk sırada qərarlaşıb. “Mersedes” 111 xalla ikinci, “Red Bull” 89 xalla üçüncüdür.
Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti – 6-cı qran-prisi Amerika Birləşmiş Ştatlarında keçiriləcək. Florida ştatının Mayami şəhərində baş tutacaq bu yarış mayın 4-də təşkil olunacaq.
Formula 1 üzrə dünya çempionatı, 2025
Pilotların yarışında turnir cədvəli:
- Oskar Piastri (Maklaren) – 99
- Lando Norris (Maklaren) – 89
- Maks Ferstappen (Red Bull) – 87
- Corc Rassell (Mersedes) – 73
- Şarl Lekler (Ferrari) – 47
- Kimi Antonelli (Mersedes) – 38
- Luis Hamilton (Ferrari) – 31
- Aleksander Albon (Uilyams) – 20
- Esteban Okon (Haas) – 14
- Lens Stroll (Aston Martin) – 10
- Pyer Qasli (Alpin) – 6
- Niko Hulkenberq (Zauber) – 6
- Oliver Berman (Haas) – 6
- İsaak Hacar (Rasinq Bulls) – 5
- Karlos Sayns (Uilyams) – 5
- Yuki Tsunoda (Rasinq Bulls) – 5
- Fernando Alonso (Aston Martin) – 0
- Liam Louson (Red Bull) – 0
- Cek Duen (Alpin) – 0
- Qabriel Bartoleto (Zauber) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Maklaren – 188
- Mersedes – 111
- Red Bull – 89
- Ferrari – 78
- Uilyams – 25
- Haas – 20
- Aston Martin – 10
- Rasinq Bulls – 8
- Alpin – 6
- Zauber – 6