Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri müasir futbolun ən yaxşı dayaq yarımmüdafiəçilərinin onluğunu açıqlayıb.
Arena.az məlumat verir ki, siyahının zirvəsində “Mançester Siti”nin ispan “dayaqçı”sı Rodri qərarlaşıb.
İkinci pillədə “Arsenal”ın ingiltərəli dayaq yarımmüdafiəçisi Deklan Rays yer alıb. İlk üçlüyü isə “Bayern”in portuqal “dayaqçı”sı Juan Palinya qapayır.
Müasir futbolun ən yaxşı dayaq yarımmüdafiəçilərinin onluğunu təqdim edirik:
- Rodri (“Mançester Siti”);
- Deklan Rays (“Arsenal”);
- Juan Palinya (“Bayern”);
- Bruno Gimarayns (“Nyukasl”);
- Eduardo Kamavinqa (“Real”);
- Orelyen Tçuameni (“Real”);
- Martin Subimendi (“Real Sosyedad”);
- Hakan Çalhanoğlu (“İnter”);
- Juan Neveş (PSJ);
- Vitinya (PSJ).
“FourFourTwo” nəşri müasir futbolun ən yaxşı sol cinah hücumçularının da onluğunu açıqlayıb.
Siyahının zirvəsində “Real”ın braziliyalı ulduz hücumçusu Vinisius Junior qərarlaşıb. İkinci pillədə “Milan”ın portuqaliyalı hücumçusu Rafael Leao yer alıb. İlk üçlüyü isə Bilbao “Atletik”inin ispaniyalı hücumçusu Niko Uilyams qapayır.
Müasir futbolun ən yaxşı sol cinah hücumçularının onluğunu təqdim edirik:
- Vinisius Junior (“Real”);
- Rafael Leao (“Milan”);
- Niko Uilyams (“Atletik”, Bilbao);
- Xviça Kvaratsxeliya (“Napoli”);
- Jeremi Doku (“Mançester Siti”);
- Luis Dias (“Liverpul”);
- Qabriel Martinelli (“Arsenal”);
- Kinqsli Koman (“Bayern”);
- Mikel Oyarzabal (“Real Sosyedad”);
- Son Hın Min (“Tottenhem”).