“Roma”nın əfsanəsi, keçmiş hücumçusu və kapitanı Françesko Totti “canavarlar”ın transfer siyasətini tənqid edib.
Arena.az bu barədə “Il Messaggero” dərgisinə istinadən məlumat verir.
Əlavə edək ki, əfsanəvi “canavar” paytaxt klubunun yeni transferi, ukraynalı hücumçu Artyom Dovbikin əldə edilməsi haqda da fikrini bildirib:
“Mən hələ bu “Roma”nı başa düşməmişəm. Bir növ bardaqdır – bəzi oyunçular daha əvvəl gəldilər, bəziləri sonra, son gündə dörd oyunçu götürdülər və çoxlu pul xərclədilər. Mən isə 70 milyon xərcləyərdim – özü də iki oyunçuya yox, dördünə və ya beşinə.
Dovbik? “Roma”ya hücumçu gərək idi, 30 milyondan aşağı qiymətə hücumçu tapmaq isə çox çətindir”, deyə Françesko Totti fikrini əsaslandırıb.
Vurğulayaq ki, “Roma” mövsümə heç də uğurlu başlamayıb. “Canavarlar” ilk 3 turda cəmi 2 xal toplayaraq, İtaliya A Seriyasının yarış cədvəlində 15-ci pillədə qərarlaşıblar.