Futbol üzrə Niderland milli komandasının baş məşqçisi Frank de Bur istefa verib. Arena.az xəbər verir ki, bu barədə Niderland Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə 51 yaşlı mütəxəssislə yolların ayrıldığı diqqətə çatdırılıb. De Bur federasiyanın rəsmi saytına açıqlamasında qərarını belə şərh edib:
“Hədəfimizə çata bilmədik və bunu bacarmadağımız üçün vəzifəmdən ayrılmağa qərar verdim. Futbolçulara, azarkeşlərə, hər kəsə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Frank de Bur 2020-ci ilin sentyabrından yığmaya rəhbərlik edirdi. Onunla müqavilənin müddəti 2022-ci ildə başa çatmalı idi
Niderland yığması Avropa çempionatının 1/8 final mərhələsində Çexiyaya 0:2 hesabı ilə uduzub və mübarizəni dayandırıb.


