Səudiyyə Ərəbistanı “Əl-Əhli”sinin ivuarlı yarımmüdafiəçisi Frank Kessye birlikdə oynadığı ən ağıllı futbolçunun kim olduğunu açıqlayıb.
Arena.az “Barça Universal” dərgisinə istinadən, ivuarlı futbolçunun bu barədə fikrini təqdim edir:
“Birlikdə oynadığım ən ağıllı futbolçumu? Hm… Usman Dembele. Bu, Usman Dembele idi”, deyə Kessye vurğulayıb.
Xatırladaq ki, Frank Kessye 2022/2023-cü illər mövsümündə Dembele ilə birlikdə “Barselona”da çıxış edib. Həmin mövsümdə “blauqrana” ispan mütəxəssis Xavinin rəhbərliyi altında İspaniya La Liqasının qalibi olmuşdu.
Usman Dembele 2023-cü ilin yay transfer pəncərəsində 50,4 milyon avro müqabilində “Barselona”dan PSJ-yə keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Dembele PSJ-nin heyətində bütün yarışlarda 8 oyuna çıxıb, 4 qol vurub, 5 məhsuldar ötürmə verib. Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 50 oyun, 10 qol və 19 məhsuldar ötürmədən ibarətdir.
Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.
Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 53 oyun keçirib, 6 qol vurub, 4 məhsuldar ötürmə verib. Usman “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı sağ cinah hücumçusu Usman Dembelenin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.



