Bu yay İtaliyanın “Milan” klubundan ayrılan Frank Kessye özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, Fil Dişi Sahili yığmasının da üzvü olan yarımmüdafiəçi İspaniyanın “Barselona” klubuna transfer olunub.
Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. İspaniya klubu yeni oyunçusuna 500 milyon avro təzminat qiyməti qoyub.
“Barselona” Kessyeni iyulun 6-da ictimaiyyətə təqdim edəcəyini bəyan edib.
Frank Kessye 2017-ci ilin yayından “Milan”da çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi 5 mövsümdə 222 oyuna çıxıb, 38 qol vurub. 25 yaşlı futbolçu daha öncə “Stella”, “Atalanta” və “Çezena” klublarının da formasını geyinib. Ölkəsinin yığmasında 58 matça çıxan yarımmüdafiəçi, 6 qolla yadda qalıb.


