2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasındakı yerini çox çətinliklə qoruyan “Səbail” Franko Mazurek ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, argentinalı yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti uzadılmayıb.
Klub Frankoya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Franko Mazurek 2022-ci ilin iyul ayından “Səbail”də çıxış edirdi. Polşa vətəndaşlığı da olan 29 yaşlı yarımmüdafiəçi bu komandada 35 matça çıxıb. O, bu oyunlarda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
“Səbail” Mazurekdən əvvəl Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə də yollarını ayırmışdı.