Futbol üzrə Fransa çempionatında 11-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib.
“Loryan” – “Bordo” matçında qalib müəyyənləşməyib. “Lans” “Mets”i, “Renn” isə “Strasburq”u məğlub yola salıb. “Reyms” də evdə “Trua” ilə oyundan məğlubiyyətlə ayrılıb.
Lion “Olimpik”i bu turda “Nitsa” səfərinə yollanıb və məğlubiyyətlə üzləşib.
“Monako” “Monpelye”ni qəbul edib. Knyazlıq təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.
Turun mərkəzi görüşündə lider PSJ səfərdə Marsel “Olimpik”i ilə üz-üzə gəlib. Bu görüşdə qapılara qol vurulmayıb.
11 turdan sonra PSJ 28 xalla liderliyini davam etdirir. “Lans” 21 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 19 xala malik “Nitsa” qapayır.
Fransa Liqa 1
11-ci tur
22 oktyabr
Sent-Etyen – Anje 2:2
Qol: Xazri, 61. Nade, 90+4 – Traore, 28. Fulgini, 56.
23 oktyabr
Nant – Klermon 2:1
Qol: Jirotto, 38. Blas, 61 – Bayo, 49.
Lill – Brest 1:1
Qol: David, 19 – Fevr, 32.
24 oktyabr
Nitsa – Olimpik (Lion) 3:2
Qol: Atal, 81. Delor, 89. Jessan, 90+1 – Ekambi, 35. Auar, 68.
Lans – Mets 4:1
Qol: Said, 14; 37. Qanaqo, 83. Frankovski, 90 – De Preville, 33.
Reyms – Trua 1:2
Qol: Abdelhamid, 6 – Balde, 41. Şavalerin, 65.
Loryan – Bordo 1:1
Qol: Laporte, 76 – Elis, 46.
Renn – Strasburq 1:0
Qol: Aqerd, 82.
Monako – Monpelye 3:1
Qol: Volland, 12. Ben Yedder, 17. Martins, 62 – Savanye, 81-pen.
Olimpik (Marsel) – PSJ 0:0


