Fransa çempionatında heç-heçələr günü

Futbol üzrə Fransa çempionatında 26-cı turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, şənbə günü daha iki görüş baş tutub.

“Sent-Etyen” – “Reyms” matçında qalib müəyyənləşməyib. Marsel “Olimpik”i də səfərdə “Nant”la heç-heçəyə razılaşıb.

Fransa Liqa 1
26-cı tur
19 fevral

Brest – Olimpik (Lion) 2:3
Qol: Şarbonne, 53. Kardona, 74 – Paketa, 9. Auar, 29. Depay, 44-pen.

20 fevral

Sent-Etyen – Reyms 1:1
Qol: Abi, 89 – Ture, 72.

Nant – Olimpik (Marsel) 1:1
Qol: Blez, 50 – Payet, 69.

21 fevral

16:00 Monpelye – Renn
18:00 Lans – Dijon
18:00 Nitsa – Mets
18:00 Nim – Bordo
18:00 Strasburq – Anje
20:00 Loryan – Lill
00:00 PSJ – Monako