Fransa Futbol Federasiyası iftar üçün fasiləyə icazə vermədi

Fransa Futbol Federasiyası Ramazan ayı ərzində futbolçulara iftar üçün fasilələrə icazə verməkdən imtina edib.

Arena.az xəbər verir ki, müsəlman futbolçuların heç də az olmadığı bu ölkədə iftar vaxtına təsadüf edən qarşılaşmalar zamanı qısa fasilələrin verilməsi gündəmə gəlib.

Lakin federasiya həm Liqa 1, həm də digər liqalar çərçivəsində keçirilən oyunlar zamanı iftar üçün fasiləyə icazə verilməyəcəyini açıqlayıb. Bu isə xüsusilə müsəlman futbolçu və məşqçilər tərəfindən böyük narazılıq qarşılanıb.

Xatırladaq ki, Fransada ötən il də oxşar qərar verilmişdi. Buna görə nəinki bu ölkədə çıxış edən müsəlman futbolçular, hətta digər ölkələrdəki futbol ictimaiyyəti də Fransanı qınamışdılar.