Fransa klubu ilk dəfə elitaya vəsiqə qazandı

2021/22 mövsümündə Fransanın 1-ci Liqasında mübarizə aparacaq daha bir klubun adına aydınlıq gəlib.

Arena.az xəbər verir ki, Liqa 2-ni 2-ci sırada tamamlayan “Klermon” elitaya vəsiqə qazanıb.

Klerman-Ferran şəhərinin təmsilçisi klub tarixində ilk dəfə Liqa 1-ə yüksəlib.

Bundan əvvəl “Trua” klubu Liqa 1-ə vəsiqə qazanmışdı. Sözügedən komanda mövsümü ilk pillədə başa vurub.

Sonuncu vəsiqənin sahibi pley-off oyunlarından sonra müəyyənləşəcək. Liqa 2-də 70 xalla üçüncü olan “Tuluza”, 65 xalla dördüncü yeri tutan “Qrenobl”, həmçinin 5-ci sırada qərarlaşan “Paris” (64 xal) elitaya vəsiqə qazanmaq şansını saxlayır.