Futbol üzrə Fransa kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
“Loryan” doğma meydanda “Lans”la qarşılaşıb. Matçın əsas vaxtı heç-heçə bitib. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Lans” 1/4 finala yüksəlib.
Xatırladaq ki, daha öncə “Olimpik” (Marsel), “Nant”, “Rodez”, “Olimpik” (Lion), “Ansi”, “Tuluza” və “Qrenobl” da Fransa kubokunda 1/4 final mərhələsinə vəsiqə qazanmışdı.
Fransa kuboku
1/8 final
8 fevral
Olimpik (Marsel) – PSJ 2:1
Anje – Nant 1:1 (penaltilər 2:4)
Oser – Rodez 2:3
Olimpik (Lion) – Lill 2:2 (penaltilər 4:2)
Paris – Ansi 1:1 (penaltilər 5:6)
Tuluza – Reyms 3:1
Vyerzon – Qrenobl 0:1
9 fevral
Loryan – Lans 1:1 (penaltilər 2:4)