Fransa kubokunun qalibi bəlli oldu

Futbol üzrə Fransa kubokunun 2021/22 mövsümünün qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, həlledici oyunda “Nitsa” və “Nant” komandaları üz-üzə gəlib.

Parisdə, PSJ-nin ev oyunlarını keçirdiyi “Stad de Frans” stadionunda baş tutan final qarşılaşmasını qadın FİFA referisi Stefanie Frappar idarə edib. Matçın taleyini isə cəmi bir qol həll edib. Rəqibini 1:0 hesabıyla məğlub edən “Nant” ölkə kubokunu qazanıb. Matçdakı yeganə qolu 47-ci dəqiqədə Lüdovik Blas vurub.

Antuan Kombuarenin çalışdırdığı və Liqa 1-də 9-cu pillədə qərarlaşan “Nant” tarixində 4-cü dəfə Fransa kubokunun qalibi olub. Sözügedən klub son olaraq 22 il əvvəl – 1999/2000 mövsümündə belə uğura imza atmışdı. “Nant” 1978/79 və 1998/99 mövsümlərində də kubokda hamıdan güclü olub.

Xatırladaq ki, “Nant” bu mövsüm kubokda “Soşo”, “Bastiya”, “Monako”, “Vitre” və “Brest”i məğlub edərək finala yüksəlmişdi. “Nitsa” isə “Şolet”, “Olimpik” (Marsel), “Versal” və PSJ-ni mübarizədən kənarlaşdırmışdı.