Fransa Liqa 1 2024/2025 mövsümü üçün loqosunu təqdim etdi

Fransa Liqa 1 növbəti, 2024/2025 mövsümündən etibarən istifadə ediləcək yeni loqosunu futbol ictimaiyyətinə təqdim edib.

Arena.az məlumat verir ki, Fransa milli birinciliyi Liqa 1 gələn mövsümdən “McDonald’s Liqa 1” adlanacaq.

Belə ki, “McDonald’s” artıq Fransa milli birinciliyinin rəsmən baş sponsorudur və cari ilin iyul ayının 1-dən etibarən “McDonald’s Liqa 1” adının istifadəsi rəsmən qüvvəyə minəcək.

Fransa milli birinciliyi tarixində ən çox çempion olmuş klub PSJ-dir. Paris klubu cari mövsümün də vahid lideridir və ispan mütəxəssis Luis Enrikenin rəhbərliyi altında inanmla növbəti çempionluğuna doğru addımlayır.