Fransa Liqa 1-in ən çox maaş alan oyunçuları açıqlandı

Fransa Liqa 1-in ən çox maaş alan futbolçularının siyahısı açıqlanıb və müvafiq siyahının ilk onluğunda ancaq PSJ futbolçuları yer alıblar.

Arena.az bu barədə Fransanın məşhur “Ekip” nəşrinə istinadən məlumat verir.

Siyahının zirvəsində fransalı ulduz hücumçu Kilian Mbappe yer alıb ki, bu da təəccüblü deyil. Maraqlı məqam Mbappenin siyahının 2-ci pilləsində yer almış komanda yoldaşı, vinger Usman Dembele ilə maaş fərqidir. Mbappe ayda 6 milyon avro (həftədə 1,5 milyon avro) qazanırsa, Dembele ayda 1,2 milyon avro maaş alır və bu, az qala altı dəfədən çox fərq deməkdir.

Fransa Liqa 1-in ən çox maaş alan futbolçularının ilk onluğunu təqdim edirik. Vurğulayaq ki, ilk onluqdakı bütün futbolçular ancaq PSJ-ni təmsil edirlər:

  1. Kilian Mbappe, ayda 6 milyon avro;
  2. Usman Dembele, ayda 1,2 milyon avro;
  3. Markinyos, ayda 1,2 milyon avro;
  4. Lukas Ernandes, ayda 1,1 milyon avro;
  5. Milan Şkrinyar, ayda 1,1 milyon avro;
  6. Canluici Donnarumma, ayda 849,5 min avro;
  7. Marko Asensio, ayda 831 min avro;
  8. Randal Kolo Muani, ayda 750 min avro;
  9. Əşrəf Hakimi, ayda 738 min avro;
  10. Nordi Mukiele, ayda 700 min avro.