Bu gün Parisdəki “Park de Prens” stadionunda PSJ və “Tuluza” komandaları Fransa Super Kuboku uğrunda oyunda üz-üzə gəliblər.
Arena.az xəbər verir ki, Paris təmsilçisi ötən mövsüm Liqa 1-in, Tuluzanın eyniadlı komandası isə Fransa Kubokunun qalibi olduğu üçün super kubok matçında iştirak hüququ qazanmışdı.
Bu komandaların oyunundan gözlənildiyi kimi paytaxt təmsilçisi qalib ayrılıb. İlk yarıda vurulan iki qol meydan sahiblərinə növbəti titul üçün yetərli olub.
Bununla da PSJ tarixində 12-ci dəfə Fransa Super Kubokunun qalibi olub. Paris klubu daha öncə 1995, 1998, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020, 2022-ci illərdə də bu titula sahib çıxmışdı. “Tuluza” isə tarixində ikinci dəfə qatıldığı super kubok mübarizəsindən bu dəfə də məğlub ayrılıb. Sözügedən komanda tarixində ilk dəfə 1957-ci ildə super kubok oyununa çıxmışdı.
Fransa Super Kuboku
Final
3 yanvar
PSJ – Tuluza 2:0
Qollar: Li Kan İn, 3. Kilian Mbappe, 44.