Fransa yığması “xoruzlar”ın kapitanı, ulduz hücumçu Kilain Mbappenin yoxluğunda təyin etdiyi müvəqqəti kapitanının adını açıqlayıb.
Arena.az Fransa yığmasının mətbuat xidmətinə istinadən, müvafiq bəyanatı təqdim edir:
“Orelyen Tçuameni cümə axşamı UEFA Millətlər Liqası oyununda Fransa yığmasının kapitan sarğısını taxacaq”, – “xoruzlar”ın bəyanatında deyilir.
Bu, Fransa yığmasının UEFA Millətlər Liqasının A Liqasının 2-ci qrupunun 3-cü turu çərçivəsində İsraillə yığması ilə oyununa təsadüf edəcək. Oyun bu gün, cümə axşamı, oktyabrın 10-da Budapeştin “Bojik Yojef” stadionunda baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 22:45-də başladacaq. İsrail yığması bu oyunda şərti meydan sahibi olaraq çıxış edəcək.
Bu qrupda Fransa və İsrail yığmaları ilə yanaşı, Belçika və İtaliya kollektivləri də çıxış edirlər.
2 turdan sonra A Liqasının 2-ci qrupuna 6 xalla İtaliya yığması başçılıq edir. 2-ci və 3-cü pillələrdə hər biri 3 xalla müvafiq olaraq Fransa və Belçika yığmaları qərarlaşıblar. Yarış cədvəlinin, sonuncu, 4-cü pilləsində xalsız İsrail yığması yer alıb.