Fransisko Rodriqes “Elçe”dən qovuldu

İspaniyanın “Elçe” komandasının baş məşqçi Fransisko Rodriqes istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İstefaya bu komandanın uğursuz nəticələri səbəb olub. Belə ki, “Elçe” bu mövsüm İspaniya çempionatında keçirdiyi son 5 qarşılaşmada məğlub olub. Bütövlükdə isə komanda geridə qalan 7 turda cəmi 1 xal qazanıb və 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Fransisko Rodriqes 2021-ci ilin noyabrından “Elçe”yə rəhbərlik edirdi. 44 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 34 oyuna çıxarıb. “Elçe” bu görüşlərdə 12 qələbə qazanıb, 4 heç-heçə edib, 18 məğlubiyyətə üzülüb. İspaniyalı mütəxəssis daha öncə “Jirona”, “Hueska”, “Kordoba”, “Luqo”, “Almeriya” kimi komandalara da rəhbərlik edib.