İngiltərənin “Fulhem” klubu bu yay ilk transferini rəsmiləşdirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Lissabon “Sportinq”inin və Portuqaliya millisinin yarımmüdafiəçisi Joao Palinyanı transfer edib.
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə klub arasında 5+1 illik müqavilə imzalanıb. “Fulhem”in bu transfer üçün qarşı tərəfə 20 milyon avro təzminat ödəyəcəyi bildirilir.
Joao Palinya “Sportinq”in öz yetirməsidir. O, müxtəlif illərdə ölkəsinin “Moreyrense”, “Belenenseş” və “Braqa” klublarında da icarədə oynayıb. O, geridə qalan mövsümdə “Sportinq”in heyətində meydana çıxdığı 38 oyunda 3 qola imza atıb. Palinya bütövlükdə bu komandada 95 matçda 7 qolla yadda qalıb. Futbolçu Portuqaliya yığmasında keçirdiyi 14 oyunda 2 qol vurub.


