Braziliya millisinin sabiq futbolçusu Villian, eləcə də onun həmyerlisi Karlos Vinisius İngiltərənin “Fulhem” klubundan ayrılıblar.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, hər iki futbolçu ilə bitən müqavilənin müddəti uzadılmayıb.
İngiltərə klubu müqaviləsinin müddəti başa çatmış daha 11 futbolçu ilə vidalaşdığını bəyan edib. Siyahıda aşağıdakı oyunçuların adlarına rast gəlmək olar:
Terri Ablade, Luka Eşbi-Hammond, Kris Donnell, İmani Lankedok, Konnor Makavoy, Delano Makkoy-Splatt, Kallum Macfarlane, Damon Park, Stefan Parkes, Luka Pikotto və Oskar Varni.
Tom Kerni, Kenni Tete, Luk de Fuqerolles, Kallum Osmand və Lemar Qordon kimi oyunçuların da klubla müqaviləsinin müddəti bitib. Lakin “Fulhem” onlara yeni müqavilə təklif edib. Hazırda bu beş oyunçunun klubun yeni müqavilə təklifinə cavabı gözlənilir.


