Futbol oyunlarında “ofsayd” qaydası yenidən baxışdan keçirilir

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyundankənar vəziyyət qaydasının dəyişdirilməsi ilə bağlı təkliflərə yenidən baxacaq.

Arena.az bu barədə “The Times” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Arsenal”ın keçmiş baş məşqçisi və FIFA-nın beynəlxalq futbol departamentinin rəhbəri, fransız mütəxəssis Arsen Vengerin təklif etdiyi oyundankənar vəziyyətin müəyyən edilməsi qaydasının sınağı hazırda davam edir. Fransız mütəxəssisin təklifinə görə, hücumameyilli futbolçunun bədəninin heç olmasa qol vurula biləcək hissəsi sonuncu müdafiəçi ilə eyni xətdə və ya onun arxasında olarsa, bu məqam “oyundankənar vəziyyət” olmamalıdır. Venger hesab edir ki, hücumçu ilə müdafiəçi arasında məsafəni saxlamaq gərəkdir ki, rəqibin qolu cüzi oyundankənar vəziyyət səbəbindən ləğv edilməsin.

“Biz hamımız razıyıq ki, qolların ayaq dırnağına görə ləğv edilməməsi, yaxşı olardı. Biz bu məsələni nəzərdən keçiririk. Bu sınaq, bizim fərq yarada biləcəyimizi söyləyə biləcək daha geniş tədqiqatın bir hissəsidir”, – mənbə Beynəlxalq Futbol Assosiasiyaları Şurasının texniki direktoru David Ellereydən sitat gətirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: