Futbolçu maşınını yarmaq istəyən oğrunu özü saxladı

Futbol üzrə İtaliya yığmasının və “Roma”nın hücumçusu Stefan El-Şaaravi onun maşınını oğurlamaq istəyən şəxsi tutub.

Arena.az xəbər verir ki, hadisə paytaxt Roma küçələrinin birində baş verib.

Belə ki, 28 yaşlı futbolçu oğrunu avtomobilinin şüşəsini sındırarkən görüb. Bu zaman El-Şaraavinin gəldiyini görən oğru qaçmağa cəhd edib. Amma istəyinə nail ola bilməyib.

“Canavarlar”ın hücumçusu sanki oyunda imiş kimi oğrunu sürüşmə fəndi edərək yerə yıxıb. Sonra hadisə yerinə polis gələrək həmin şəxsi saxlayıb.