Bu gün futbol üzrə Türkiyə Kubokunda 2024/2025 mövsümünün qrup mərhələsində sonuncu – 3-cü turun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qrup çərçivəsində dörd qarşılaşma baş tutub.
A qrupunun hər üç oyunu keçirildikdən sonra bütün suallara aydınlıq gəlib. “Trabzonspor” “Rizəspor” üzərində qələbə qazanmaqla qrup birincisi olub və 1/4 finala vəsiqəni təmin edib. “İskenderunspor” isə “Fatih Karagümrük”lə səfər oyunundan qalib ayrılmaqla ikinci yeri tutub və növbəti mərhələyə yüksəlib. Azərbaycanlı futbolçu Həsən Nəzərovun komandası “Ankaragücü” isə “Alanyaspor”la ev oyununda heç-heçə etməklə qrup sonuncusu olub. Həsənin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib. Beləcə, “Ankaragücü”, “Fatih Karagümrük”, “Rizəspor” və “Alanyaspor” kubokla vidalaşıblar.
Bu gün həm də C qrupunda yer almış “Çorum”la “Boluspor”un görüşü baş tutub. Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Çorum” doğma meydanda baş tutan bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb. Həm Coşqunun, həm də Bolu klubunun formasını geyinən Vüsal İsgəndərlinin adı bu görüşün iştirak ərizəsində yer almayıb. C qrupunda son iki pilləni tutan “Çorum”la “Boluspor” kubokla vidalaşıblar.
Türkiyə Kuboku
Qrup mərhələsi
26 fevral
A qrupu
Ankaragücü – Alanyaspor 1:1
Qollar: Rotariu, 66 – Kordova, 48.
Fatih Karagümrük – İskenderunspor 1:2
Qollar: M.Mert, 50-pen – U.Zəngin, 5. E.Polat, 7.
Trabzonspor – Rizəspor 5:2
Qollar: Lundstram, 14. Vişça, 41. Mendi, 45. M.Çam, 59. Banza, 83 – Yureçka, 63-pen. Hoyer, 89.
Xallar: Trabzonspor – 7. İskenderunspor – 5. Alanyaspor – 4. Rizəspor – 3. Fatih Karagümrük – 3. Ankaragücü – 2.
C qrupu
Çorum – Boluspor 2:1
Qollar: T.Rençber, 41. A.Gülər, 77 – A.İşık, 47.
Xallar: Konyaspor – 6. Qalatasaray – 4. Başakşəhər – 4. Eyüpspor – 3. Çorum – 3. Boluspor – 90.