Futbolda 5 əvəzetmə qaydası ilə bağlı yeni qərar

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) 5 əvəzetmə qaydası ilə bağlı qərarda dəyişiklik edib.

Arena.az xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı tətbiq olunan qaydanın istifadə müddəti 2022-ci ilin sonuna qədər uzadılıb.

Bu barədə sözügedən qurumun rəsmi saytı məlumat yayıb.

5 əvəzetmə qaydası ötən ilin mayından koronavirus pandemiyası səbəbindən tətbiq edilməyə başlayıb. Qərarın bundan əvvəlki istifadə müddəti bu ilin sonuna qədər idi.