Bu gün keçirilən 4 oyunla futzal üzrə Azərbaycan Kubokunun 2023/2024 mövsümünün 1/8 final mərhələsinə yekun vurulub.
Arena.az xəbər verir ki, son ölkə çempionu “Araz-Naxçıvan” “Record”la oyunda asan qələbə qazanıb.
“Dalğa” isə Yüksək Liqa iştirakçısına müqavimət göstərməyə çalışsa da, yekunda mərhələ adlayan tərəf “Baku Fire” olub.
Ən gərgin oyun “Dəstə Ordubad” və U-19 yığmamız arasında baş tutub. Birinci Liqa komandası 2 dəfə hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Matçın gərginliyi vərəqələrin çoxluğuna da sirayət edib. Belə ki, 4 futzalçıya qırmızı vərəqə göstərilib. Yekunda U-19 çətin qələbə sayəsində 1/4 finala yüksəlib.
“Baku Fire-2” də növbəti mərhələyə yüksələnlər sırasında yer alıb. Sözügedən komanda “Xan-Lənkəran”dan güclü olub.
Futzal, Azərbaycan Kuboku
1/8 final
10 fevral
PFL – Metropoliten 23:1
STAR kargo – Yasamal Bakı 6:8
Neftçi İK – Timsport 15:2
Trabzon Azərbaycan – Bakı 2:5
11 fevral
Araz-Naxçıvan – Record 23:0
Baku Fire – Dalğa 6:0
Dəstə Ordubad – U-19 2:4
Xan-Lənkəran – Baku Fire-2 3:9
Beləliklə, martın 28-də keçiriləcək 1/4 final mərhələsində cütlüklər bu şəkildə olacaq:
1/4 final
Baku Fire – U-19
Araz-Naxçıvan – Baku Fire-2
PFL – Bakı
Neftçi İK– Yasamal Bakı
Yarımfinal
Baku Fire/U-19 – Neftçi İK/Yasamal Bakı
Araz-Naxçıvan/Baku Fire-2 – PFL/Bakı


