Futzal üzrə Azərbaycan kubokunda 2022/2023 mövsümünün final qarşılaşması üçün hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Neftçi” İK və “Baku Fire” komandaları arasında baş tutacaq həlledici oyunu Hikmət Qafarlı, Əli Cəbrayılov və Ceyhun Hüseynov idarə edəcəklər.
Xatırladaq ki, final matçı mayın 24-də keçiriləcək. Bakı İdman Sarayında baş tutacaq qarşılaşmaya saat 14:00-da start veriləcək. Final oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
“Baku Fire” yarımfinal görüşündə MUM üzərində 7:1 hesablı qələbə sayəsində finala yüksəlib. “Neftçi” İK isə “Rəvan”ı 4:1 hesabıyla üstələyib.
Azərbaycan kuboku
Final
24 may
Neftçi İK – Baku Fire
Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Azər Əsgərov.
Bakı İdman Sarayı. Saat 14:00.