Futzal: Azərbaycan Kubokunda yarımfinalçılar bəlli oldular

Bu gün futzal üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin oyunları keçirilib.

Arena.az xəbər verir ki, mərhələnin bütün görüşləri eyni günə təsadüf edi.

İlk görüşdə U-19 “Şuşa”dan üstün olub. “Neftçi”nin Birinci Liqanın iddialılarından olan “STAR karqo”nu məğlub edib. “Araz-Naxçıvan” isə ötən mövsümün finalında penaltilər seriyasında yendiyi “Baku Fire”in bu dəfə yarımfinala yüksəlməsinə imkan verməyib. Mərhələnin son görüşündə Birinci Liqanın lideri PFL “Xan-Lənkəran”dan üstün olub.

Azərbaycan Kuboku
1/4 final
18 yanvar

U-19 – Şuşa 4:2

Neftçi İK – STAR kargo 7:4

Baku Fire – Araz-Naxçıvan 2:6

PFL – Xan-Lənkəran 7:2

Beləliklə, Azərbaycan Kubokunda fevarlın 27-də keçiriləcək yarımfinal matçında çütlüklər bu şəkildə olacaq:

Araz-Naxçıvan – Neftçi İK

PFL – U-19