Futzal: Danimarka ilə iki oyunun başlama saatları açıqlandı

Futzal üzrə Azərbaycan milli komandası bu ay təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində iki beynəlxalq yoxlama oyunu keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, milli komandamız yanvarın 22-də və 24-də Danimarka yığması ilə qarşılaşacaq. Hər iki görüş Bakı İdman Sarayında keçiriləcək.

Artıq yoldaşlıq oyunlarının başlama saatı da dəqiqləşib. Federasiyanın yaydığı yeni məlumata görə, qarşılaşmalardan birincisi yanvarın 22-də, saat 19:00-da start götürəcək. Yanvarın 24-nə təyin olunmiş ikinci görüşün start fiti isə 16:00-da səsləndiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: