Ötən gün Gürcüstana yollanmış futzal üzrə Azərbaycan milli komandası bu gün beynəlxalq yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Arena.az xəbər verir ki, Vitali Borisovun çalışdırdığı komandamız Tiflis İdman Sarayında Gürcüstan yığması ilə qarşılaşıb.
Oyunda hesabı meydan sahibləri açıblar. Arcınca Novruz Kazıxanov Ülvi Əliyevin qapıya paralel ötürməsini tora qovuşdurub. Amma fasiləyə qədər Gürcüstan yığması daha bir qol vurub. İkinci hissədə rəqib fərqi iki topa çatdırsa da, 32-ci dəqiqədə Əmir Şocaeinin yaratdığı epizodu Xəzər Ağalızadə qolla tamamlayıb. Oyunda başqa qol qeydə alınmayıb və futzal millimiz gürcülərlə ilk sınaq matçından məğlub ayrılıb.
Bu komandalar arasında növbəti oyun 2 gün sonra – aprelin 16-da, saat 19:00-da Tiflis İdman Sarayında keçiriləcək.
Yoxlama oyunu
14 aprel
Gürcüstan – Azərbaycan 3:2
Qollar: Saba Tkeşelaşvili, 1:10. Georgi Gavtadze, 8:22; 29:12 – Novruz Kazıxanov, 2:07. Xəzər Ağalızadə, 31:13.
Hakimlər: Zviad Bliadze, Qrigol Bliadze, Qoça Taruashvili (Gürcüstan).
Tiflis İdman Sarayı. Saat 19:00.
Gürcüstan: 1. Zviadi Kupatatze (k), 10. Ronald Mateus Da Silva, 5. Georgi Gavtadze, 9. İrakli Todua, 4. Georgi Çimakadze, 12. Beka Tkemaladze, 13. Nikolos Pakadze, 77. Jano Kravatsxeliya, 8. Vaxtanq Kekeliya, 11. Vaxtanqi Jvaraşveli, 7. Şota Topuriya, 17. Arçil Sebiskveradze, 18. Saba Tkeşelaşvili, 3. Beka Bekauri, 20. Otar Bereçikidze, 6. Janiko Georgiya.
Baş məşqçi: Avtandil Asatiani.
Azərbaycan: 12. Rövşən Hüseynli, 4. Ülvi Əliyev, 7. Xəzər Ağalızadə, 8. Novruz Kazıxanov, 9. Fərid Atakişiyev, 1. Emin Kürdov (k), 5. İlham Alıyev, 6. Emil Həsənzadə, 10. Oktay Rüstəmli, 11. Əmir Şocaei, 14. Kənan Manafov, 16. Nihat İsmayılov, 17. Murad Quluzadə, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Vitali Borisov.