AÇ-2026-nın əsas mərhələsində sabah Yunanıstanla qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, İlham Alıyevin əvəzinə Seymur Məmmədov hazırlıq prosesinə dəvət olunub.
Xatırladaq ki, Avropa çempionatının (AÇ-2026) qrup mərhələsi çərçivəsində sabah Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün oyunöncəsi son məşqini keçirib. Bakı İdman Sarayında 1 saat davam edən hazırlıq prosesində əsasən taktiki planda tapşırıqlar yerinə yetirilib.
Fevralın 4-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Yunanıstan matçına saat 20:00-da start veriləcək.
