Futzal üzrə Azərbaycan milli komandasının Çexiya yığmasına qarşı keçirəcəyi yoxlama oyunları üçün yekun heyəti açıqlanıb.
Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Baş məşqçi Vitali Borisov səfərə 3-ü qapıçı olmaqla 13 futzalçı ilə yollanacaq. Komandamız sabah səhər saatlarında Bakı – Vyana reysi ilə hərəkət edəcək, Avstriyanın paytaxtından isə avtobusla Zlin şəhərinə gedəcək.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 19-da və 20-də Zlin şəhərində Çexiya yığması ilə yoxlama görüşləri keçirəcək.
Millimiz səfərə bu heyətlə çıxacaq:
- Emin Kürdov – Araz-Naxçıvan
- Vladislav Reznov – Araz-Naxçıvan
- Kamran Hacıyev – Baku Fire
- Emil Həsənzadə – Araz-Naxçıvan
- Xəzər Ağalızadə – Araz-Naxçıvan
- İlham Alıyev – Araz-Naxçıvan
- Tofiq Mikayılov – Baku Fire
- Murad Quluzadə – Baku Fire
- Oktay Rüstəmli – Baku Fire
- Fərid Abbasov – Baku Fire
- Eldar Zeynalov – Neftçi İK
- Ülvi Əliyev – Araz-Naxçıvan
- Mirzə Əmirov – Neftçi İK