Futzal üzrə Azərbaycan kubokunun 27-ci qalibi kim olacaq?

Mayın 24-də keçiriləcək final qarşılaşması ilə futzal üzrə Azərbaycan kubokunda 2022/2023-cü il mövsümünə yekun vurulacaq. Arena.az xəbər verir ki, qalib adı uğrunda Yüksək Liqanın gümüş və bürünc medalçıları – “Neftçi” İK və “Baku Fire” komandaları mübarizə aparacaqlar.

Ümumilikdə indiyə qədər 10 komanda bu yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 7 dəfə (1994/1995, 1995/1996, 2009/2010, 2012/2013, 2013/2014, 2016/2017, 2021/2022) kuboku başı üzərinə qaldırıb. “Araz Naxçıvan” 5 dəfə (2004/2005, 2005/2006, 2006/2007, 2007/2008, 2008/2009) bu mükafata sahib olub.

Digər kubok sahiblərindən EKOL 4 (2010/2011, 2011/2012, 2015/2016, 2018/2019), “Avtomobilçi” (1996/1997, 1997/1998), “Azərneftyanacaq” (1999/2000, 2000/2001) və “Gömrükçü” (2001/2002, 2002/2003) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/1999, “Turan AİR” 2003/2004, “Fənər” FK 2014/2015 və “Marafon Futsal” 2017/2018 mövsümündə kuboku qazanıb.

Xatırladaq ki, futzal üzrə Azərbaycan kubokunun 2019/2020-ci il mövsümü koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılıb. 2020/2021 mövsümü isə analoji səbəbdən ümumiyyətlə keçirilməyib.

Azərbaycan kubokunun bütün qalibləri

1994/1995. “Neftçi”
1995/1996. “Neftçi”
1996/1997. “Avtomobilçi”
1997/1998. “Avtomobilçi”
1998/1999. “Nabspor”
1999/2000. “Azərneftyanacaq”
2000/2001. “Azərneftyanacaq”
2001/2002. “Gömrükçü”
2002/2003. “Gömrükçü”
2003/2004. “Turan” AİR
2004/2005. “Araz”
2005/2006. “Araz”
2006/2007. “Araz”
2007/2008. “Araz”
2008/2009. “Araz”
2009/2010. “Neftçi” İSM
2010/2011. EKOL
2011/2012. EKOL
2012/2013. “Neftçi” İSM
2013/2014. “Neftçi” İSM
2014/2015. “Fener” FK
2015/2016. EKOL
2016/2017. “Neftçi” İK
2017/2018. “Marafon Futsal”
2018/2019. EKOL
2019/2020. Yarış başa çatdırılmayıb
2020/2021. Pandemiya ilə əlaqədar keçirilməyib
2021/2022. “Neftçi” İK