Futzal: Vitali Borisov 14 oyunçuya dəvət göndərdi

Futzal üzrə Azərbaycan millisinin noyabrın 3-dən 6-na qədər Bosniya və Herseqovinada təlim-məşq toplanışı olacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Fedeasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, millimiz noyabrın 4-də və 5-də Bosniya və Herseqovina yığması ilə 2 yoxlama oyunu da keçirəcək.

Bu toplanışdan öncə yığmamız oktyabrın 31-dən noyabrın 2-dək Bakıda məşq edəcək. Artıq komandamızın heyəti də müəyyənləşib. Baş məşqçi Vitali Borisov düşərgəyə 14 futzalçı dəvət edib:

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Kamran Hacıyev (“Baku Fire”);

Oyunçular: Xəzər Ağalızadə, Ülvi Əliyev, Nurlan Məmmədov, Emil Həsənzadə (hamısı “Araz-Naxçıvan”), Tofiq Mikayılov, Oktay Rüstəmli, Murad Quluzadə, Fərid Abbasov (hamısı “Baku Fire”), Seymur Məmmədov, Eldar Zeynalov, Mirzə Əmirov (hamısı “Neftçi” İK), İlham Alıyev (“Şuşa”).