Futzal üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Kubokunda yarımfinal mərhələsinin oyunları fevralın 27-də “Olimpik Star”da baş tutacaq.
Azərbaycan Kuboku
Yarımfinal
27 fevral
Araz-Naxçıvan – Neftçi İK
Hakimlər: Əli Cəbrayılov, Ramil Namazov, Kənan Məlikov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 16:00.
PFL – U-19
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Elgün Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 18:00.



