Futzal: “Yay transfer pəncərəsi”nin vaxtı açıqlandı

Futzal üzrə Azərbaycan Yüksək Liqasında və Birinci Liqada 2024/2025 mövsümünün “Yay transfer pəncərəsi”nin vaxtı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, iştirakçı komandalar transfer etdikləri oyunçuları avqustun 1-dən sentyabrın 20-nə, saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər.

Xatırladaq ki, Yüksək Liqa və Birinci Liqada 2024/2025 mövsümünün nə vaxt başlayacağı hələ müəyyənləşməyib.