Azərbaycan Basketbol Liqasında mübarizə aparan “Gəncə” klubu yeni mövsüm ərəfəsində 6 oyunçusu ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, müqaviləsinin müddəti başa çatmış Donovan Filds, Tevon Horton, İrşad Hant, Culs Mur, Derek Rouds və Kenyon Dulinq komandanı tərk ediblər. Klub onlara xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Xatırladaq ki, “Gəncə” ötən gün baş məşqçisi Bedri Meriçlə də vidalaşdığını açıqlamışdı. Sözügedən komanda ötən mövsüm Azərbaycan Basketbol Liqasında 10 iştirakçı arasında 8-ci yeri tutmuş və final mərhələsinə qatıla bilməmişdi.


