“Gənclər kuboku”nda final matçının vaxtı bilindi

AFFA tərəfindən təşkil olunan “Gənclər kuboku”nun final oyununun vaxtı müəyyənləşib. Arena.az xəbər verir ki, turnirin final görüşündə “Sabah” və “Qəbələ” komandaları üz-üzə gələcək.

Həlledici qarşılaşma iyunun 10-da “ASCO Arena”da keçiriləcək. Final oyunu “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Gənclər kuboku
Final
10 iyun

18:00. “Sabah” – “Qəbələ”
Bakı. “ASCO Arena”.