“Gənclərbirliyi” baş məşqçisini istefaya göndərdi

Türkiyənin “Gənclərbirliyi” klubu baş məşqçisi Mehmet Altıparmak ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

51 yaşlı məşqçiyə, həmçinin onun köməkçilərinə xidmətlərinə görə təşəkkür edilib, onlara uğurlar arzulanıb.

Qeyd edək ki, Mehmet Altıparmakın “Gənclərbirliyi” karyerası cəmi 38 gün sürüb. O, fevralın 1-dən paytaxt təmsilçisinə rəhbərlik edirdi. Bu müddətdə 6 oyuna çıxan komanda cəmi 2 heç-heçə edib, qalan 4 matçdan isə məğlubiyyətlə ayrılıb.

“Gənclərbirliyi” bu mövsüm Super Liqada 27 oyuna topladığı 21 xalla sonuncu pillədə qərarlaşıb. Komandanı bundan sonra İbrahim Üzülmezin çalışdıracağı iddia olunur.