“Gənclərbirliyi” Özcan Bizatiyə tapşırıldı

Türkiyənin “Gənclərbirliyi” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Özcan Bizati çalışdıracaq.

Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

52 yaşlı məşqçi ilə müqavilənin müddəti mövsümün sonuna qədərdir. Bizati iki gün əvvəl istefaya göndərilmiş Mehmet Altıparmakı əvəz edib.

Özcan Bizati daha öncə “Ankaragücü”, “Dənizlispor”, “Trabzonspor”, “Manisaspor”, “Samsunspor”, “Sivasspor”, “Bursaspor” və “Kayserispor”da baş məşqçi kimi çalışıb.

Qeyd edək ki, “Gənclərbirliyi” bu mövsüm Super Liqada 27 oyuna topladığı 21 xalla sonuncu pillədə qərarlaşıb. Məhz bu uğursuzluq səbəbindən çempionatın aşkar autsayderi cari mövsümdə 4-cü baş məşqçi ilə müqavilə bağlayır. Sözügedən komandanı bu mövsüm Mert Nobre və Mustafa Kaplan da çalışdırıb.