Gənclərdən ibarət cüdo yığmamız Kaunasdan 2 medalla qayıdır

Ötən gün Litvanın Kaunas şəhərində təşkil olunmuş gənclər arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub. Arena.az xəbər verir ki, iki gün davam edən turnirdə 16 ölkədən 190 idmançı qüvvəsini sınayıb.

Cüdo üzrə gənc qızlardan ibarət Azərbaycan yığması da bu yarışda mübarizə aparıb. Azərbaycan 6 çəki dərəcəsində 7 qız cüdoçu ilə təmsil olunub. Azərbaycan cüdoçuları yarışda ümumilikdə 2 bürünc medal əldə ediblər. Yığmamızın heyətində Leyla Dəmirova (48 kq) və Nigar Süleymanova (+78 kq) medalçılar sırasına düşə bilib.

Rita Əliyeva (-52 kq.), Pərvanə Abdullayeva (-70 kq) və Nərmin Əmirli (-78 kq) 5-ci yerlə kifayətləniblər. -57 kq çəkidə mübarizə aparan Gülnarə Bayramova ilə Nuray Quliyeva isə 7-ci yeri tutublar.

Cüdoçularımıza gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edib.