Gilyermo Maripan “Monako” ilə yeni müqavilə bağladı

Monako” müdafiəçisi Gilyermo Maripan ilə müqaviləni yeniləyib. Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Çilidən olan mərkəz müdafiəçisi ilə yeni müqavilənin müddəti 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 28 yaşlı futbolçunun əvvəlki sözləşməsi 2024-cü ilin yayına qədər idi.

Gilyermo Maripan “Monako”ya 2019-cu ilin avqust ayında İspaniyanın “Alaves” klubundan 18 milyon avro qarşılığında transfer olunmuş və 5 illik müqaviləyə imza atmışdı. O, bu komandanın heyətində indiyə qədər 100 rəsmi matça çıxıb, 11 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi əvvəllər “Alaves”dən başqa yetirməsi olduğu “Universidad Katolika” (Çili) klubunun da formasını geyinib. O, Çili milli komandasında 38 matça çıxıb və 2 qol vurub.