Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə Azərbaycan idmançılarının iyunun 1-nə olan reytinq cədvəlini açıqlayıb. Arena.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, siyahıya 910 xalla bədii gimnast Zöhrə Ağamirova başçılıq edir.
885 xala malik Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikinci sırada qərarlaşıb. İdman gimnastı İvan Tixonov isə 405 xalla üçüncü pilləyə yüksəlib.
Xatırladaq ki, reytinq xallarının hesablanması GİN tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.
GİN-in iyun ayının 1-nə olan reytinq cədvəlində ilk 30 sırada bu komandalar və idmançılar yer alıblar:
- Zöhrə Ağamirova (bədii gimnastika) – 910 xal
- Bədii gimnastika (komanda, qrup hərəkətləri) – 885 xal
- İvan Tixonov (idman gimnastikası) – 405 xal
- Zelim Kotsoyev (cüdo) – 400 xal
- Stend atıcılığı (komanda, MİX) – 395 xal
- Nikita Simonov (idman gimnastikası) – 360 xal
- Səid Mollayi (cüdo) – 325 xal
- Balabəy Ağayev (cüdo) – 320 xal
- Anna Skidan (atletika) – 275 xal
- Aleksis Kopello (atletika) – 255 xal
- Hidayət Heydərov (cüdo) – 245 xal
- Nazim Babayev (atletika) – 235 xal
- Yekaterina Sarıyeva (atletika) – 230 xal
- Eldəniz Əzizli (yunan-Roma güləşi) – 230
- Həsrət Cəfərov (yunan-Roma güləşi) – 220 xal
- Ülvi Qənizadə (yunan-Roma güləşi) – 220 xal
- Turan Bayramov (cüdo) – 220 xal
- Leyla Əliyeva (cüdo) – 220 xal
- Orxan Səfərov (cüdo) – 205 xal
- Uşanqi Kokauri (cüdo) – 200 xal
- Məmmədəli Mehdiyev (cüdo) – 195 xal
- Anna Başta (qılıncoynatma) – 190 xal
- Osman Nurməhəmmədov (sərbəst güləş) – 190 xal
- Nurlana Cəfərova (stend atıcılığı) – 185 xal
- Ruslan Lunyov (güllə atıcılığı) – 185 xal
- Zelim Tçkayev (cüdo) – 180 xal
- Selcan Mahsudova (batut gimnastikası) – 170 xal
- Elçin Əsədov (velosiped) – 155 xal
- Aynur Rzayeva (boks) 15 xal
- Güllə atıcılığı, milli komanda (Komanda. Mix) – 220 xal