Türkiyənin “Göztəpə” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Stepan Tomas çalışdıracaq.
Bu barədə İzmir klubunun rəsmi saytı məlumat yayıb. 45 yaşlı xorvatiyalı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.
Son iş yeri “Rizəspor” olan Stepan Tomas baş məşqçi postunda iki gün əvvəl istefaya göndərilən Nestor El Maestronu əvəz edib. Xorvatiyalı mütəxəssis 2016/17 mövsümündə köməkçi-məşqçi kimi də bu klubda fəaliyyət göstərib.
“Göztəpə” hazırda Super Liqada 27 xalla 17-ci pillədə qərarlaşıb.


