“Göztəpə” sloveniyalı futbolçu transfer etdi

Türkiyənin “Göztəpə” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi sloveniyalı yarımmüdafiəçi David Tiyaniçi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Göztəpə” ilə Sloveniya yığmasının üzvü arasında 5 illik müqavilə imzalanıb.

Tiyaniçin son iş yeri Polşa “Rakov”u olub. O, 2020-ci ildən bu klubun uğurları üçün çalışırdı. 24 yaşlı futbolçu əvvəllər “Triqlav”, “Krka” və “Olimpiya” (Lyublyana) klublarının da uğurları üçün çalışıb.