Bakı İdman Sarayında təşkil olunmuş Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatına bu gün yekun vurulub.
Arena.az xəbər verir ki, yarışın sonuncu günündə sərbəst güləşçilər arasında 5 çəki dərəcəsində qaliblər müəyyənləşiblər.
Nurəddin Novruzov (61 kq), Kənan Heybətov (70 kq), Orxan Abbasov (79 kq), Abubakr Abakarov(92 kq) və Georgi Meşvildişvili (125 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, yunan-Roma güləşçilərinin mübarizəsi dekabrın 25-də başa çatmışdı.
61 kq
- Nürəddin Novruzov (Gəncə, “Neftçi”)
- Ceyhun Alllahverdiyev (Neftçi)
- Əfqan Xaşalov (Zenit), Bəşir Verdiyev (Gəncə, “Neftçi”)
70 kq
- Kənan Heybətov (Neftçi)
- Zirəddin Bayramov (Şəmkir, “Neftçi”)
- Maqomed-Başir Xaniyev (AGF), Ramik Heybətov (Astara, “Zenit”)
79 kq
- Orxan Abbasov (Neftçi)
- Fərid Cabbarov (Sərhədçi)
- Əşrəf Aşırov (MOİK), Sahib Dadaşov (Neftçi)
92 kq
- Abubakr Abakarov (AGF)
- Sadiq Mustafazadə (İmişli)
- Şamil Zubairov (AGF), Anar Cəfərli (Neftçi)
125 kq
- Georgi Meşvildişvili (AGF)
- Yusif Dursunov (Neftçi)
- Ayxan Mərdanov (Şəmkir), Muxammad Qantemirov (AGF)



