Güləş: Millimiz Antalyadakı ənənəvi turnirdən 4 medalla qayıtdı

Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçirilmiş güləş üzrə Yaşar Doğu & Vehbi Əmrə turnirində 4 medal qazanıb.

Arena.az xəbər verir ki, ənənəvi yarışda ölkəmizi yunan-Roma və sərbəst güləş üzrə milli komandaların üzvləri təmsil ediblər.

Yunan-Roma güləşində Ziya Babaşov (63 kq) gümüş, Tural Mehtiyev (55 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşdə Musa Ağayev (65 kq) gümüş, Ramiz Həsənov (79 kq) isə bürünc medal əldə edib.

Qeyd edək ki, 25 ölkədən 600-dən artıq güləşçinin qatıldığı turnirdə beynəlxalq dərəcəli hakimlərimiz Əli Babayev və Elgün Məmmədov da ədaləti qoruyanlar arasında olublar.

Yunan-Roma güləşi üzrə millinin üzvləri bu yarışa məşqçilər Kamran Məmmədovla Zöhrab Abbasovun rəhbərliyi altında qatılmışdılar. Antalyada milli üzvlərindən Fərid Sadıxlı, Tural Mehtiyev (hər ikisi 55 kq), Nihad Quluzadə, Elmir Əliyev, İlkin Qurbanov (hamısı 60 kq), Ziya Babaşov (63 kq), Urfan Həsənli (72 kq), Tuncay Vəzirzadə (82 kq) və Laçın Vəliyev (87 kq) xalçaya çıxıblar.

Turnirin son iki günündə məşqçilər Taymuraz Kokoyevlə Əşrəf Əliyevin rəhbərliyi sərbəst güləşçilər mübarizə aparıblar. Heyətdə Ceyhun Allahverdiyev (61 kq), Zirəddin Bayramov, Murad Haqverdiyev, Musa Ağayev (hamısı 65 kq), Maqomed-Başir Xaniyev, Sabir Cəfərov (hər ikisi 70 kq), Cəbrayıl Qadjiyev, Murad Yevloyev (hər ikisi 74 kq), Əşrəf Aşırov, Ramiz Həsənov (hər ikisi 79 kq), Şamil Zubairov, Abdulcəlil Şabanov (hər ikisi 92 kq) və Qadjimurad Maqomedsaidov (97 kq) yer almışdılar.