Güləş yığmamız Avropa çempionatına 33 idmançı ilə yollandı

15 yaşlılardan ibarət güləş üzrə Azərbaycan yığması Yunanıstanda keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytı məlumat yayıb.

Avropa çempionatı mayın 15-dən 18-nə qədər Yunanıstanın Lutraki şəhərində keçiriləcək. Qitə birinciliyinə sərbəst güləşçilər start verəcəklər.

Böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyevlə Xəqan Süleymanovun rəhbərliyi altında bu güləşçilər mübarizə aparacaqlar:

Musa Tağıyev (38 kq)
İbrahim Həsənov (41 kq)
Abbas Şəfiyev, Əliağa Süleymanov (hər ikisi 44 kq)
Fərid Hüseynli (48 kq)
Ramal Məmmədoğlu, Rəşid Nazarov (hər ikisi 52 kq)
Asim Əliyev (57 kq)
Ruslan Vəliyev, Tunar Quliyev (hər ikisi 62 kq)
Fərid İsmayılov (68 kq)
Nihad Süleymanov (75 kq)
Hakim Tağıyev (85 kq)

Qızların yarışında ilk dəfə 7 güləşçi ilə təmsil olunacağıq ki, bu da say baxımından U-15 Avropa çempionatlarında ölkəmiz adına yeni rekorddur. Məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında bu güləşçilər yarışa qatılacaqlar:

Məryəm Hacıyeva (36 kq)
Gülnar Ağadadaşova (39 kq)
Nəzrin Əhmədli (42 kq)
Günel Kərimli (46 kq)
İnci Abdullayeva (50 kq)
Fatimə Bayramova (54 kq)
Fidan Babayeva (57 kq)

Çempionata yunan-Roma güləşçiləri yekun vuracaq. Böyük məşqçi Əbilfət Məmmədov, məşqçilər İlham Vezirovla Sənan Əlimirzəyevin rəhbərliyi altında qüvvəsini sınayacaq güləşçilərimizin siyahısı belədir:

Xudayar Kərimov, Ümüd Babayev (hər ikisi 38 kq)
Abdulrəhman Hüseynli, Qurban Məcnunov (hər ikisi 41 kq)
Elmir Abbasov (44 kq)
Amin Əsgərli (48 kq)
Orxan Həbibli (52 kq)
Hüseyn Vəlizadə (57 kq)
Nihat Məhərrəmov (62 kq)
Əli Məmmədov (68 kq)
Zöhrab Səfərov (75 kq)
Məhəmməd Orucov və Rauf Mütəllimov (hər ikisi 85 kq)

Görüşlər hər gün Bakı vaxtı ilə 12:00-da başlayacaq. Mayın 16-da sərbəst, növbəti gün qadın, ayın 18-də isə yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulacaq.

Qeyd edək ki, Yunanıstanda 3-cü dərəcəli beynəlxalq hakim Eldar Məmmədov ədaləti qoruyacaq.