Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin 2-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, A, B, C, D Liqaları çərçivəsində 9 oyun baş tutub.
Maraqlı görüşlərdən biri A Liqasının 3-cü qrupunda Niderlandla Almaniya yığmaları arasında baş tutub. Amsterdamdakı “Yohan Kroyff Arena”da keçirilən görüşdə qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib.
AÇ-2024-də iştirak etmiş Gürcüstan yığması səfərdə Albaniyanın qonağı olub və tək qolla növbəti qələbəsini qazanıb. İngiltərə yığması isə Finlandiya üzərində inamlı qələbəyə sevinib.
UEFA Millətlər Liqasında yeni mövsümə məğlubiyyətlə başlamış Ukrayna yığması isə bu dəfə Çexiya millisinin qonağı olacaq.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 2-ci tur
10 sentyabr
A Liqası, 3-cü qrup
Macarıstan – Bosniya və Herseqovina 0:0
Niderland – Almaniya 2:2
Qollar: Reynders, 2. Dumfris, 50 – Undav, 38. Kimmix, 45+3.
Xal: Almaniya – 4. Niderland – 4. Bosniya və Herseqovina – 1. Macarıstan – 1.
B Liqası, 1-ci qrup
Albaniya – Gürcüstan 0:1
Qol: Koçoraşvili, 71.
Çexiya – Ukrayna 3:2
Qollar: Şults, 21; 45+2. Souçek, 80-pen – Vanat, 37. Sudakov, 84.
Xal: Gürcüstan – 6. Albaniya – 3. Çexiya – 3. Ukrayna – 0.
B Liqası, 2-ci qrup
İngiltərə – Finlandiya 2:0
Qollar: H.Keyn, 57; 76.
İrlandiya – Yunanıstan 0:2
Qollar: İoannidis, 50. Tzolis, 87.
Xal: Yunanıstan – 6. İngiltərə – 6. İrlandiya – 0. Finlandiya – 0.
C Liqası, 4-cü qrup
Latviya – Farer adaları 1:0
Qol: Varslavan, 64.
Şimali Makedoniya – Ermənistan 2:0
Qollar: Bardi, 70. Miovski, 79.
Xal: Şimali Makedoniya – 4. Ermənistan – 3. Latviya – 3. Farer adaları – 1.
D Liqası, 2-ci qrup
Andorra – Malta 0:1
Qol: Kamenzuli, 45.
Xal: Moldova – 3. Malta – 3. Andorra – 0.